"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" Yassine Benzianın transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, bununla bağlı Ağdam klubunun rəsmi Feysbuk səhifəsi video paylaşıb. Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia "Qarabağ"da 7 nömrəli forma ilə çıxış edəcək.

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. "Lion", "Fənərbaxça", "Olimpiakos", "Lill", "Hatayspor"da oynamış Benzia bu mövsümü Fransanın "Dijon" klubunda keçirib. 

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.