"Qarabağ"ın rəqibi Arazın komandası ilə qarşılaşdı

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrupundakı rəqiblərdən olan "Omoniya" yoxlama oyunu keçirib. 

Sportline.az xəbər verir ki, Kipr klubu yerli "Etnikos"la gücünü sınayıb.

Görüşün taleyini penaltidən vurulan 1 qol həll edib. "Omoniya"nın futbolçusu Douris komandasına qələbə qazandırıb - 1:0.

"Etnikos"da çıxış edən millimizin və "Qarabağ"ın sabiq üzvü Araz Abdullayev də görüşün iştirakçısı olub. Start heyətdə yer alan və sona qədər meydanda qalan yarımmüdəfiəçi fərqlənmək üçün bir neçə fürsət əldə etsə də, qol vura bilməyib.