"Qarabağ"ı Kopenhagendə nə gözləyir?

"Qarabağ"ın Çempionlar Liqasının play-off mərhələsindəki cavab oyununda anşlaq gözlənilir. Sportline.az Danimarka mətbuatına istinadən xəbər verir ki, "Kopenhagen" azarkeşlərinin böyük səbirsizliklə gözlədiyi qarşılşama üçün satışa çıxarılan 40 min biletin 7000-dən coxu artıq sahibini tapıb.  Qeyd edək ki, avqustun 23-də 40 minlik “Parken” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.