"Qarabağ"ı Neapolda 1000-dən çox azarkeş dəstəkləyəcək
"Qarabağ" sabah "Napoli"yə qarşı səfər matçında dəstəksiz qalmayacaq.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionunu tək buraxmayacaq 1100 azarkeş tribunada yer alacaq.
Noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki 4 oyundan topladığı 7 xalla 15-ci yerdə qərarlaşıb.