"Qarabağ"ın bumövsümkü gəliri
Cari mövsümü “Qarabağ” klubu üçün maliyyə baxımından uğurlu saymaq olar.
Sportline.az saytının hesablamalarına görə Ağdam təmsilçisi bu mövsüm 28 milyon manatdan çox gəlir əldə edib.
Bu məbləğin 5 milyon ABŞ dolları Kadi Borgesin, 1 milyon 600 min avrosu Vadjinin satışından qazanılıb.
Gəlirin qalan hissəsi isə komandanın avrokuboklardakı uğurlu çıxışının bəhrəsidir.