"Qarabağ"ın cavab oyununun da vaxtı müəyyənləşdi

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək bütün görüşlərin başlanma saatları açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 23-də Danimarkada oynanılacaq "Kopenhagen" - "Qarabağ" matçının da vaxtı bəlli olub. 

Beləliklə, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

"KOPENHAGEN"İ YAXINDAN TANIYAQ

Xatırladaq ki, bu komandalar arasında ilk oyun avqustun 15-i, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.