"Qarabağ"ın daha bir sabiq futbolçusu "Araz-Naxçıvan"da
“Araz-Naxçıvan” klubu "Qarabağ"ın sabiq futbolçusu Rahil Məmmədovu transfer edib.
Sportline.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin 29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rahil Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.