"Qarabağ"ın futbolçularından yeni rekord

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev parlaq mövsüm keçirir.

Sportline.az xəbər verir ki, tandem artıq Premyer Liqada yeni rekord müəyyənləşdirib.

Çempionatın 26-cı turunda “Səbail”lə (3:0) keçirilən matçda Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıbsa, Şeydayev rəqib qapılarına 17 dəfə yol tapıb. Millinin də formasını geyinən tandem ümumilikdə 35 qol vuraraq, “Neftçi”nin sabiq oyunçuları Nikolas Kanales və Flavinyoya məxsus rekordu yeniləyib.

Çilili və braziliyalı 2012-13 mövsümündə birlikdə 34 qol vurub. Həmin vaxt Kanales 26, Flavinyo isə 8 dəfə fərqlənib.

2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqada yeni rekorda imza atan Qurbanlı-Şeydayev tandeminin öz göstəricisini yaxşılaşdırmaq üçün mövsümün sonuna qədər vaxtı var.

Banner