"Qarabağ"ın futbolçusu məğlubiyyətə üzüldü
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsində Nigeriyaya qarşı keçirilən oyunda iştirak edib.
O, start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib. Oyun Kabo-Verdenin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.