"Qarabağ"ın futbolçusu yenidən yaşıl meydanlarda
Uzun müddətdir zədədən əziyyət çəkən Namiq Ələsgərov yenidən meydana qayıdıb. SportLine.az xəbər verir ki, "Rəvan"la keçirilən yoxlama görüşündə Qurban Qurbanov onu meydana buraxıb. İkinci hissədə Cavid Tağıyevə əvəzləyən futbolçu sonadək oynayıb.
Xatırladaq ki, Ələsgərov Azərbaycan millisinin "Avro-2016"nın təsnifat mərhələsi çərçvəsində martın 28-də Malta ilə keçirdiyi görüşdə (2:0) zədələnmişdi.