"Qarabağ"ın iştirak ərizəsində dəyişiklik edilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik edilib.
Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu zədəsini sağaldaraq yenidən sıraya dönən Kadi Borges əvəzləyib.
Komandanın yeni futbolçusu Jeremi Qnali isə heyətdə yer almayıb.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl"ın ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşü isə fevralın 24-də İngiltərədə keçiriləcək.