"Qarabağ"ın Konfrans Liqasındakı şansları açıqlanıb
"Fivethirtyeight.com" statistika saytı "Qarabağ"ın UEFA Konfrans Liqasındakı şanslarını açıqlayıb.
Sportline.az xəbər verir ki, turnirin pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq Ağdam klubunun 1/8 finala adlama şansı 10 faiz qiymətləndirilib.
Portal "köhlən atlar"ın 1/4 finala çıxacağına 3 faiz əmsal verib. Azərbaycan təmsilçisinin yarımfinal, final və turnirin qalibi olma şansları cəmi 1 faizdir. "Marsel"in Konfrans Liqasında çempionluq şansı isə 9 faizdir.
Qeyd edək ki, "Qarabağ" Marsel təmsilçisinə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.