"Qarabağ"ın maraqlandığı futbolçu transferə çıxarıldı

“Qarabağ”ın transfer gündəmində olan Frank Boli “Ferensvaroş” tərəfindən transferə çıxarılıb.

Sportline.az xəbər verir ki, bunu Macarıstan təmsilçisinin idman direktoru Tamaş Haynal açıqlayıb.

Klub rəsmisinin sözlərinə görə, rəhbərlik Fil Dişi Sahili millisinin üzvü üçün rəsmi təklif gözləyir.

30 yaşlı forvardın “Qarabağ” və Türkiyənin “Qaziantep” klubunun maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, Frank Bolinin “Ferensvaroş”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Banner