"Qarabağ"ın müdafiəçisi millidə fərqlənib
"DÇ-2018"in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Sportline.az xəbər verir ki, Albaniya millisi Lixtenşteyni əliboş yola salıb. Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də fərqlənib. O, 78-ci dəqiqədə görüşdə son nöqtəni qoyub.