BOS-dakı oyunlara bilet alarkən diqqətli olun

UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Roma" matçını stadiondan izləmək istəyən azarkeşlərin bəziləri gözləmədikləri mənzərə ilə qarşılaşıblar. SportLine.az xəbər verir ki, 502 və 522-ci sektorun yuxarı sıralarına bilet alan futbolsevərlər meydanın yarısını görməkdən məhrum olublar. 

Bu səbəbdən, həmin yerlərə bilet alan azarkeşlərin bəziləri stadionu tərk edib, bəziləri isə sektorların foyesindən oyunu izləyiblər.