"Qarabağ"ın oyunu 5 manata

Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Martın 11-də keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 18:00-da başlayacaq.

Banner