"Qarabağ"ın oyunu irlandiyalılara tapşırıldı
UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağ"ın U-19 komandasının "Çelsi" ilə keçirəcəyi matça təyinatlar açıqlanıb. SportLine.az xəbər verir ki, oyun İrlandiyadan olan hakimlər briqadasına həvalə edilib.
Baş hakim Robert Hennessi olacaq. Köməkçi hakim funksiyasını Darraq Kiqan və Darren Keri icra edəcək.
Qeyd edək ki, "Çelsi" (U-19) - "Qarabağ" (U-19) matçının start fiti sabah, Bakı vaxtı ilə saat 16:05-də səslənəcək.