"Qarabağ"ın rəqibi Bakıya itkilərlə gəlir

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq "Frayburq" Bakıya ciddi itkilərlə gəlir.

Sportline.az xəbər verir ki, müdafiəçi Manuel Qulde və yarımmüdafiəçilər Merlin Röllə Conatan Şmid zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.

Bu barədə baş məşqçi Kristian Ştrayx məlumat verib.

Qeyd edək ki, "Qarabağ" -  "Frayburq" görüşü sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq.