"Qarabağ"ın rəqibi kubokla vidalaşdı

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" ötən gecə Belçika kubokunun oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda 1/4 finalda "Royale Union"la qarşılaşıb.

Rəqibinə 0:4 hesabı ilə uduzan "Gent" kubokla vidalaşıb.

Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Banner