"Qarabağ"ın rəqibi xal itirdi

Çempionlar Liqasının pley-offunda “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Danimarka çempionatının 5-ci turunda xal itirib. Sportline.az xəbər verir ki, kopenhagenlilər doğma meydanda  “Horsens”in müqavimətini qıra bilməyiblər.  31-ci dəqiqədə geri düşən ev sahibləri Federiko Santanderin 77-ci dəqiqədə vurduğu qolla tarazlıq yaradıblar - 1:1 .Qeyd edək ki, “Kopenhagen” 5 oyundan 6 xalla turnir cədvəlinin 7-ci pilləsindədir.