"Qarabağ"ın rəqibində ayrılıq
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" futbolçusu Andreas Xançe-Olsenlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Almaniyanın "Maynts" klubuna keçib. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Andreasla 3,5 illik müqavilə imzalanıb.
"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.