"Qarabağ"ın rəqibində koronavirus aşkarlandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Sivasspor"unun futbolçularından biri koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi "tvitter" hesabında məlumat yayılıb.

Adı açıqlanmayan həmin oyunçu evdə karantinə alınıb və onun müalicəsinə başlanılıb.

Bu, "Sivasspor"un koronavirusa yoluxan üçüncü futbolçusudur.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.