"Qarabağ"ın rəqibinin düşərgəsində son durum
Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Omoniya"da zədəli futbolçuların son durumu açıqlanıb.
Sportline.az Kipr mətbuatına istinadən xəbər verir ki, Konfrans Liqasının 2-ci turunda məhz Ağdam təmsilçis ilə ilk matçda (1:4) zədələnən Erik Boteak artıq məşqlərə başlayıb. Fransalı yarımümdafiəçinin Kipr çempionatının 10-cu turunda "Aris"lə görüşə hazır olduğu bildirilib. Beləliklə, o, "Qarabağ"la matçda da iştirak edə biləcək.
Komandanın digər zədəli futbolçuları Yannis Kusulos və qapıçı Fabiano ilə hələ də sağalmayıblar.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlanacaq.