"Qarabağ"ın sabiq futbolçusu AVRO:2024-ün ən yaxşı qapıçısını açıqladı
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Avropa çempionatının ən yaxşı qapıçısı ilə bağlı sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, təcrübəli qolkiper bu ada Gürcüstan millisinin çərçivə qoruyucusu Georgi Mamardaşvilini layiq görüb.
"Avropa çempionatındakı qapıçılardan Mamardaşvilini vurğulaya bilərəm."Valensiya"dakı çıxışını da izləmişəm, çempionatdakı oyununu da gördüm. O, həqiqətən də güclü qapıçıdır.", - deyə Lunyov "Metaratings"in sualını cavablandırıb.
Qeyd edək ki, Mamardaşvili Avropa çempionatında keçirdiyi 4 oyunda qapısından 8 top buraxıb.
Bununla belə o, komandasının qrup mərhələsini adlamasında əsas pay sahiblərindən biri kimi dəyərləndirilir.