"Qarabağ"ın sabiq futbolçusu millinin düşərgəsində
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu Şimali Makedoniyaya qarşı keçirəcək.
Sportline.az xəbər verir ki, oyundan öncə uzun illər "Qarabağ"da oynamış Muarem Muarem Azərbaycan millisinin düşərgəsini ziyarət edib.
O, "Qarabağ"da birlikdə oynadığı futbolçularla görüşüb.
Futbolçu bununla bağlı instaqram hesabında paylaşım edərək belə yazıb: "Qardaşları görmək xoş idi".
Xatırladaq ki, hazırda "Qostivar" klubunda çıxış edən yarımmüdafiəçi Şimali Makedoniya millisinin də şərəfini qoruyub.
