"Qarabağ"ın sabiq hücumçusu yeni klubda
"Qarabağ"ın sabiq forvardı İnnesent Emeqara karyerasının Kiprdə davam etdirəcək. Sportline.az xəbər verir ki, son iş yeri ABŞ-ın "San Xose" klubu olan isveçrəli hücumçu "Ermis Aradippou" klubu ilə 1 illik müqavilə imzalayıb. Xatırladaq ki, 2014/15 mövsümünün ilk yarısında "Qarabağ"da çıxış edən 28 yaşlı forvard 7 oyuna 4 qol vurmuşdu.