"Qarabağ"ın uğuru məşhur karikaturaçının gözü ilə

Məşhur iordaniyalı karikaturaçı Omar Momani futbol karikaturasını UEFA Çempionlar Liqasının “Qarabağ" – “Çelsi”(2:2) həsr edib.

Sportline.az xəbər verir ki, Momani "Qarabağ" futbolçularının London klubunun simvolu olan şirlə döyüşdüyünü təsvir edib. İordaniyalı həmin mübarizəni bu cür şərh edib: “Qarabağ" “Çelsi”yə qarşı ürəklə oynadı, güc və alov nümayiş etdirdi. Bu heç-heçə qələbə kimi hiss olundu”.