"Qarabağ"ın yeni transferi Bakıda

"Qarabağ"ın yeni transferi Redon Cica artıq Bakıdadır. 

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bu gün tibbi yoxlanışdan keçdikdən sonra müqaviləyə imza atacaq.. 

Qeyd edək ki, Albaniya millisinin üzvünün son klubu “Tirana” olub. O, bu komandada 54 oyun keçirib və 32 qola imza atıb.