"Qarabağ"ın yeni transferinin dəyəri müəyyənləşib
“Qarabağ”ın Redon Cicanın transferinə görə Albaniya klubu “Tirana”ya ödədiyi məbləğ müəyyənləşib.
Sportline.az “transfermarkt”a istinadən xəbər verir ki, Azərbaycan çempionu 25 yaşlı futbolçununun transferinə yarım milyondan çox xərc çəkib.
İddiaya görə, Albaniya millisinin hücumçusunun transferi Ağdam klubuna 550 min avroya başa gəlib.
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.