"Qarabağ"ın zədəliləri sıraya dönüblər
"Qarabağ"ın zədəli futbolçuları Riçard Almeyda, Bədavi Hüseynov və İbrahim Şehiç məşqlərə başlayıb. Sportline.az xəbər verir ki bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az-a məlumat verib. Zədə səbəbindən Ağdam klubunun son oyunlarını buraxan bu futbolçular “Qəbələ” ilə qarşı keçiriləcək Topaz Premyer Liqanın 25-ci turunun sabahkı matçı görüşünün hazırlığnda iştirak ediblər. Amma onların sabahkı mühüm qarşılaşmada meydana çıxıb-çıxmayacaqları hələ bəlli deyil.