"Qarabağ"la oyunöncəsi qələbə

Yunanıstan Superliqasında növbəti turun görüşləri keçirilib. SportLine.az xəbər verir ki, Avropa Liqasının 4-cü turunda "Qarabağ"la qarşılaşacaq PAOK doğma meydanda AEK-lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. 90+4-cü dəqiqədə Leo Matoş Saloniki təmsilçisinə qələbə qazandırıb.

Qeyd edək ki, PAOK 7 turdan sonra 11 xalla 3-cü pillədə qərarlaşıb.