"Qarabağ"la "Qəbələ" cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda "Qarabağ" və "Qəbələ" klubları cərimələnib. Topaz Premyer Liqanın 25-ci turunun “Qarabağ” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qarabağ” və “Qəbələ”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün hər iki klub 800 manat cərimə olunub.