Qardaşının ölüm xəbərini almasına rəğmən komandasını yalnız buraxmadı

Qaziantep FK-nın müdafiəçisi Nikolas Enkulu qardaşı Mbarqa Fransisin ölüm xəbərini almasına baxmayaraq, Adana Dəmirsporla matçda 90 dəqiqə meydanda olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Super Liqanın 36-cı həftəsində Gaziantep FK səfərdə Adana Dəmirsporla qarşılaşıb.Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.6-1.

Adana Dəmirsporda Balotelli 39-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, bu matçda meydan sahiblərinin qapısını millimizin üzvü Şəhruddin Mahəmmədəliyev qoruyub.