Qaret Sautqeyt: "Komandamız təzyiq altındadır"

Bu gün AVRO:2024-də ikinci final görüşü olacaq.

Sportline.az xəbər verir ki, Dortmund şəhərində keçiriləcək oyunda Niderland və İngiltərə milliləri üz-üzə gələcəklər.

İngiltərə seçməsinin baş məqçisi Qaret Sautqeyt finalla bağlı fikirlərini bölüşərkən “Biz mütamadi olaraq böyük turnirlərdə son mərhələlərə gəlirik və bu sabitlik sonda hədəfə çatmağımıza kömək edə bilər. Şübhəsiz ki, Niderland millisinin səviyyəsi indiyə qədər qarşılaşdığımız bütün komandalardan yüksəkdir. Bizim komanda yarışın əvvəlindən bəri təzyiq altındadır. Bununla belə futbolçularım bunun öhdəsindən gəlməyi bacardılar. Bəli, çox qol vura bilmirik. Amma son 3 oyunumuzu beşli müdafiəyə qarşı oynamışıq. Dörd cəhddə üçünçü yarımfinala çıxmışıq. Amma bununla kifayətlənmək niyyətində deyilik”, - deyib.

Qeyd edək ki, Niderland - İngiltərə matçı bu gün saat 23:00-da başlanacaq.