Qarnaço "Çelsi"yə transfer olmaq istəyir

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Çelsi"yə transfer olmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

21 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.

London klubu bu məbləği "Mançester Yunayted"ə ödəməyə hazırdır.

Qeyd edək ki, Qarnaçonun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.