"Qəbələ" klubundan daha bir transfer

“Qəbələ” daha bir transferi reallaşdırıb.

Sportline.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, “Qəbələ” akademiyasının yetirməsi olan Elşad Tağıyevlə "1+1" illik müqavilə imzalanıb.

23 yaşlı hücumçu daha əvvəl “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib.

“Neftçi”nin əvəzedici heyətində də forma geyinən E.Tağıyevin son komandası “Şamaxı” olub.