"Qəbələ" Moskvada da uduzdu
Bu gün UEFA Gənclər Liqasında I mərhələnin cavab görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qəbələ"nin gənclərdən ibarət komandası Moskvada "Dinamo" ilə qarşılaşacaq.
Doğma meydanda 0:2 hesabı ilə uduzan Hüseynqulu Quliyevin komandası çətin sınaq qarşısındadır. Təmsilçimiz səfərdə məğlubiyyətin əvəzini çıxmaq və növbəti mərhələ imkanlarını saxlamaq üçün, ən azı, iki cavabsız qolla qalib gəlməlidir. Belə olan halda, qalib penaltilər seriyasında müəyyənləşəcək.
Qeyd edək ki, “Dinamo” – “Qəbələ” cütünün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) – “Şaxtyor” (Belarus) matçının qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda israillilər 5:0 hesablı ev qələbəsi qazanıb.
19 oktyabr 2016
UEFA Gənclər Liqası
I mərhələ, cavab oyunu
“Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” (Azərbaycan) - 5:0
QOLLAR: Terexov, 29, Obolski, 50, 73, Qrulev 85, Sedik, 89
Baş hakim: Dumitru Muntyan
Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)
Ximki. “Rodina” stadionu
İlk oyun – 2:0