"Qəbələ" - "Neftçi" matçında Türkiyəyə mesaj

Misli Premyer Liqasının 22-ci turunda bu gün keçirilən "Qəbələ" - "Neftçi" matçında (0:0) komandaların futbolçuları tərəfindən pankart açılıb.

Sportline.az xəbər verir ki, onlar bu vasitə ilə Türkiyədə baş verən güclü zəlzələyə görə qardaş ölkəyə dəstək olublar. Pankartın üzərində "Sizinləyik, Türkiyə! Acınız acımızdır!" sözləri yazılıb. Həmçinin pankartda Türkiyə və Azərbayca bayraqları da yer alıb.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 19 min nəfərə yaxın insan ölüb, 76 min nəfərə yaxın insan isə yaralanıb.

Banner