"Qəbələ" "Neftçi" ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir görüş olub.

“Qəbələ” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib və oyunda hesab açılmayıb.

Turun “Turan Tovuz” – “Kəpəz” və “Qarabağ” – “Sabah” matçları sabah, “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə 12 fevralda keçiriləcək.

Misli Premyer Liqası
XXII tur
10 fevral

15:00. “Qəbələ” – “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Akif Əliyev, Zöhrab Abbasov, Tural Qurbanov.
Qəbələ şəhər stadionu.

Banner