"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb.

Sportline.az xəbər verir ki, hər iki görüş eyni gündə paytaxtdan kənarda təşkil olunacaq. Əvvəlcə Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" üz-üzə gələcək. Ardınca "Sumqayıt" "Zirə"ni qəbul edəcək.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

23 aprel (çərşənbə axşamı)

16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Zirə”
Sumqayıt, “Kapital Bank Arena”. 

Qeyd edək ki, cavab görüşləri mayın 1-də olacaq.