"Neftçi" "Zirə"yə qalib gəldi, “Qəbələ” “Sabah”a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulur.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma olacaq.

Əvvəlcə “Qəbələ” “Sabah”ı qəbul edəcək. Turun son matçında isə “Neftçi” ilə “Zirə” üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə “Sumqayıt” “Turan Tovuz”a (2:1), “Qarabağ” “Şamaxı”ya (3:1), “Səbail” də “Kəpəz”ə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
XX tur
1 fevral

“Qəbələ” – “Sabah” 0:3

Qollar: Volkov 60, İrasabal 70, Mikels 89

Qırmızı vərəqə: Ruan, 28
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə” 1:0
Qol: Voyslav Stankoviç, 52

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı. “Bakcell Arena”, 17:30.