"Qəbələ" Sumqayıtda qələbəni son anda əldən verdi
Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Çempionatın lideri "Qəbələ" bu tur Sumqayıta səfər edəcək. Avropa Liqasında növbəti dəfə meydanı məyus tərk edən "radarlar" "kimyaçılar"la görüşdə qələbə qazanmaqla təsəlli tapmaq niyyətindədirlər. Gənclər şəhərinin təmsilçisi isə turnir cədvəlində vəziyyətini yaxşılaşdırmaq üçün 3 xala iddialıdır.
25 oktyabr 2016
TPL, 9-cu tur
“Sumqayıt” – “Qəbələ” 2-2
QOLLAR: Yusif Nəbiyev 46 (1-0), Rəşad Eyyubov 64 (1-1), Filip Ozobiç 73 (1-2), Amil Yunanov 90+4 (2-2)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt şəhər stadionu