"Qəbələ" - "Zirə"yə, "Qarabağ" "Sumqayıt"a qarşı
Bu gün Topaz Premyer Liqasında 25-ci turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.
Mərkəzi qarşılaşma Qəbələdə olacaq. Burada yerli komanda "Zirə"ni qəbul edəcək. Azərbaycan kubokunda rəqibinə aman verməyən "radarlar" bu gün də qələbəyə iddialıdırlar.
Lider "Qarabağ" isə Sumqayıta səfər edəcək.
Qonşu pillələrdə qərarlaşan AZAL və "Neftçi"nin dueli də gərgin mübarizə vəd edir.
13 mart 2016
TPL, 25-ci tur
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.
15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev
Gəncə şəhər stadionu.
15:00. AZAL – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov
AZAL Arena.
15:00. “İnter” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
“İnter Arena”.
17:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov
Sumqayıt şəhər stadionu.