"Qəbələ"də daha bir legioner

“Qəbələ” klubu daha bir legioneri heyətə qatıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə müqavilə bağlayıb.

Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb.

Qeyd edək ki, karyerasına ölkəsinin “Platea Yunayted” komandasında başlayan O.Oçoveçi Portuqaliya təmsilçisi “Feyrense”nin də formasını geyinib.