"Qəbələ"dən hakim qərarına etiraz
"Qəbələ" klubu Misli Premyer Liqasının 8-ci turunun "İmişli" ilə görüşündəki hakim qərarlarından narazıdır.
Sportline.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.
Əyalət təmsilçisi matçın 59-cu dəqiqəsində Ronaldo de Souzanın topa qolu ilə toxunduğu anların görüntüsünü yayımlayıb.
"Qəbələ" qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun həmin vaxt əl ilə oyuna görə düzgün qərar vermədiyindən narazı qalıb. Klub oyundan 2 gün keçsə də, məsələyə hələ də aydınlıq gətirilmədiyinə diqqət çəkib.
Qeyd edək ki, sözügedən matç 2:2 hesabı ilə yekunlaşıb. Oyunun VAR Tural Qurbanov olub.