Qış "transfer pəncərəsi" açılır

Futzal üzrə Azərbaycan çempionatlarında qış “transfer pəncərəsi” 2023-cü il yanvarın 3-də açılacaq.

Sportline.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Yüksək, Birinci və İkinci liqalarda iştirak edən klublar həmin gündən etibarən yeni oyunçularını təqdim edə biləcəklər.

Komandalar yeni transferlərini fevralın 2-dək qeydiyyatdan keçirə bilərlər.