"Qoca sinyora" ayrılıq qərarı verdi
"Yuventus" klubunu yeni mövsümdə yeni baş məşqçi çalışdıracaq.
Sportline.az xəbər verir ki, turinlilərin Massimiliano Alleqri ilə yolları ayıracağı dəqiqələşib.
İtaliyanın nüfuzlu Tuttosport saytının yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssis mövsümün sonunda yola salınacaq.
O, klub rəhbərliyinin etimadını doğrulda bilməyib.
Alleqri hətta İtaliya kubokunun finalında "Atalanta"ya qalib gəlsə də rəhbərliyin qərarının dəyişməyəcəyi deyilir.
Qeyd edək ki, son 15 oyunda cəmi iki qələbə qazanan "Yuve" 62 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.