"Qolden Steyt" çempionluğa bir qədər də yaxınlaşdı

Amerika Milli Basketbol Assosiasiyasında final seriyasının ikinci matçı keçirilib. SportLine.az xəbər verir ki, "Qolden Steyt Uarriors" "Orakl Arena"da "Klivlend Kavaliers"i qəbul edib. 

Final seriyasına qələbə ilə başlayan “Qolden Steyt Uarriors” “Klivlend Kavaliers”lə ikinci görüşdən də qalib ayrılmaq niyyətində idi. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən meydan sahibləri yekunda 110-77 hesablı qələbə ilə azarkeşlərini sevindiriblər. Ümumi nəticədə 2:0 öndə olan “Qolden Steyt” basketbolçuları üstünlüyü səfərdə qorumağa çalışacaqlar.

Dreymond Qrin 28, Stefen Karri 18, Kley Tompson isə 17 xalla komandasının qələbəsində əsas pay sahibi olub.

LeBron Ceymsin 19 xalı isə “kavalierlər”i məğlubiyyətdən qurtarmağa kifayət etməyib.

Qeyd edək ki, final seriyasının 3-cü matçı iyunun 7-dən 8-nə keçən gecə Klivlenddə oynanılacaq.