"Qolden Steyt" finalda!

Amerika Milli Basketbol Assosiasiyasında pley-off seriyası başa çatıb. SportLine.az xəbər verir ki, son finalçı "Qolden Steyt Uarriors" - "Oklahoma Siti Tanders" matçında müəyyənləşib.

Ardıcıl iki qələbə ilə seriyadakı vəziyyətə tarazlıq gətirən “Qolden Steyt Uarriors” doğma meydanda finala vəsiqəni təmin etmək niyyətində idi. “Oklahoma Siti Tanders”ə qarşı oyun, gözlənildiyi kimi, gərgin anlarla yadda qalıb. Yekunda 96-88 hesablı qələbəyə sevinən meydan sahibləri finala vəsiqə qazanıblar.

36 xalla Stefen Karri və 21 xalla Kley Tompson komandasının qələbəsində əsas pay sahibi olub.

27 xalla fərqlənən Kevin Dyurantın səyləri isə “Oklahoma Siti”ni məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki,  “Qolden Steyt” basketbolçularının final seriyasında rəqibi “Klivlend Kavaliers” olacaq.