"Qolden Steyt Varriors"dan 12-ci qələbə

Milli Basketbol Assosiasiyasının (MBA) Müntəzəm Çempionatında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, son çempion "Qolden Steyt Varriors" 12-ci matçını da qələbə ilə başa vurub. Onların bu dəfəki qurbanı "Toronto Reptors" olub. Gərgin keçən mübarizənin yekununda 115:110 hesablı qələbəyə sevinən "Qolden Steyt Varriors" zirvədəki yerini bir qədər də möhkəmlədib. Qələbədə əsas pay sahibi isə 37 xal və 9 məhsuldar ötürmə ilə Stefen Karri olub.

Günün digər oyunlarında bu nəticələr qeydə alınıb:

"Vaşinqton Vizards" - "Miluoki Baks" 115:86
"Bruklin Nets" - "Atlanta Hauks" 90:88
"Detroyt Pistons" - "Klevlend Kavaliers" 104:99
"Mayami Hit" - "Minnesota Timbervolvs" 91:103
"Nyu-York Niks" - "Şarlott Hornes" 102:94
"Nyu Orleans Pelikans" - "Denver Naqqets" 98:115